Çatdırılma və quraşdırılma
Bakı, Abşeron və Sumqayıt ərazisində cihazların quraşdırılması ödənişsizdir və sifarişlər adətən həmin gün, mümkün olmadıqda isə ilk uyğun vaxtda həyata keçirilir.
Bölgələrə məhsullar marşrut avtobusu, taksi və ya digər daşıyıcı vasitəsilə göndərilir. Müştəriyə sürücünün əlaqə nömrəsi, avtomobilin və ya avtobusun marka-modeli, dövlət qeydiyyat nişanı və təhvil məlumatları mövcud olduğu həcmdə təqdim edilir. Məhsulu daşıyıcıdan götürmək müştərinin öhdəliyindədir və göndəriş yalnız əvvəlcədən razılıq alındıqdan sonra edilir.
Stokda olmayan məhsul
Sifariş edilmiş cihaz stokda olmadıqda müştərinin razılığı ilə eyni gücdə, eyni texniki göstəricilərə malik və ya daha üstün alternativ cihaz təklif oluna bilər. Müştəri alternativi qəbul etmədikdə ödəniş ödəmənin aparıldığı karta geri qaytarılır. Müştərinin razılığı olmadan başqa məhsul göndərilmir.
Zəmanət və servis
Bütün cihazlar 24 ay zəmanətlə təqdim olunur. Zəmanət müddətində istehsal və ya normal istifadə nasazlığı təsdiqlənən su çəni, nasos, klapanlar, kran, adapter və digər ehtiyat hissələri təmir olunmadan yenisi ilə əvəz olunur.
Filtrlər sərf materialıdır və onların dəyişdirilməsi ödənişlidir. Filterim.az filtr dəyişmə vaxtlarına nəzarət edir və müştəriyə xatırlatma təqdim edir.
Zəmanətin qüvvədə qalması üçün cihazın quraşdırılması, texniki xidməti, filtr dəyişdirilməsi və müdaxiləsi yalnız Filterim.az tərəfindən aparılmalıdır. Kənar usta və ya servis müdaxiləsi olduqda cihaz zəmanətdən çıxarılır və zəmanət, nəzarət və xatırlatma xidmətləri dayandırılır.
Müştərinin öhdəlikləri və su sızması
Cihaza gündəlik nəzarət etmək, görünən sızma və ya nasazlıq olduqda suyu bağlamaq, cihazı istifadədən dayandırmaq və dərhal Filterim.az ilə əlaqə saxlamaq müştərinin öhdəliyindədir. Evdən uzun müddət çıxarkən cihazın su girişinin və ya əsas su xəttinin bağlanması tələb olunur.
İstifadə qaydalarına əməl edilməməsi, sızmanın vaxtında fərq edilməməsi, suyun bağlanmaması, kənar müdaxilə, mexaniki zədə, donma, elektrik gərginliyi və digər xarici səbəblər nəticəsində yaranmış birbaşa və dolayı maddi zərərə görə Filterim.az məsuliyyət daşımır.
Geri qaytarma və ödəniş
Quraşdırılmamış, istifadə edilməmiş və komplektliyi qorunmuş məhsullar qanunvericilik və satış şərtlərinə uyğun qiymətləndirilir. Su ilə təmas etmiş, quraşdırılmış və ya istifadə olunmuş filtr elementləri gigiyenik və sərf materialı xüsusiyyətinə görə geri qəbul edilmir. Zavod qüsuru təsdiqlənərsə zəmanət şərtlərinə uyğun hissə dəyişdirilir və ya uyğun həll təqdim olunur.
Taksit ödənişi yalnız Kapital Bankın BirKart taksit kartı ilə mümkündür. Adi kartla ödəniş etdikdə taksit tətbiq edilməyə bilər.