İstifadəçi razılaşması, çatdırılma və zəmanət şərtləri
Son yenilənmə: 22.07.2026
1. Sifariş və stok
Sifariş ödəniş bank tərəfindən təsdiqləndikdən və məlumatlar sistemdə qeydə alındıqdan sonra qəbul edilmiş sayılır. Məhsul stokda olmadıqda Filterim.az müştəri ilə əlaqə saxlayaraq eyni gücdə, eyni texniki göstəricilərə malik və ya daha üstün alternativ cihaz təklif edə bilər. Alternativ məhsul yalnız müştərinin açıq razılığı ilə göndərilir. Müştəri razı olmadıqda ödənilmiş məbləğ ödəniş edilən karta bank prosedurlarına uyğun geri qaytarılır.
2. Bakı, Abşeron və Sumqayıt
Su təmizləyici cihazların Bakı, Abşeron və Sumqayıt ərazisində standart quraşdırılması ödənişsizdir. Quraşdırmalar adətən sifarişin təsdiqləndiyi gün həyata keçirilir, lakin iş yükü, ünvan, tıxac, məhsulun hazırlanması və texniki şəraitə görə ilk mümkün iş gününə keçirilə bilər.
3. Bölgələrə göndəriş
Digər şəhər və rayonlara məhsul marşrut avtobusu, taksi, yükdaşıma xidməti və ya razılaşdırılmış digər daşıyıcı vasitəsilə göndərilir. Göndərişdən əvvəl müştəriyə daşıyıcının/sürücünün əlaqə nömrəsi, nəqliyyat vasitəsinin marka-modeli və dövlət qeydiyyat nişanı, yaxud sərnişin avtobusunun tanınması üçün mövcud məlumatlar təqdim edilir. Məhsulun daşıyıcıdan vaxtında götürülməsi müştərinin öhdəliyindədir. Daşıma haqqı ayrıca razılaşdırıla və müştəri tərəfindən ödənilə bilər.
4. Təhvilalma və yoxlama
Müştəri məhsulu təhvil alarkən qablaşdırmanı, komplektasiyanı və görünən zədələri yoxlamalıdır. Görünən zədə və ya çatışmazlıq dərhal foto/video ilə qeydə alınaraq 051 666 65 66 nömrəsinə bildirilməlidir.
5. Zəmanət müddəti
Filterim.az tərəfindən satılan bütün su təmizləyici cihazlara satış tarixindən etibarən 24 ay zəmanət verilir. Zəmanət istehsal qüsuru və normal istifadə zamanı yaranan texniki nasazlıqlara tətbiq edilir.
6. Zəmanətə daxil olan hissələr
Zəmanət müddətində istehsal və ya normal istifadə nasazlığı təsdiqləndikdə su çəni, nasos, solenoid və digər klapanlar, kran, adapter/transformator, elektron idarəetmə hissələri, korpus daxili birləşmələr və digər ehtiyat hissələri təmir edilmədən uyğun yeni hissə ilə əvəz olunur. Dəyişdirilən hissənin modeli mövcudluqdan asılı olaraq eyni və ya texniki baxımdan uyğun ekvivalent ola bilər.
7. Sərf materialları
Sediment, karbon, membran, mineral, post-karbon və digər filtr elementləri sərf materialıdır. Filtrlərin planlı dəyişdirilməsi, sanitariya/yuma və dövri servis ödənişlidir və zəmanətə daxil deyil.
8. Filtr dəyişmə nəzarəti
Filterim.az sistemdə olan məlumatlara əsasən filtr dəyişmə vaxtlarını izləyə və SMS, zəng, WhatsApp və ya digər əlaqə vasitəsi ilə xatırlatma göndərə bilər. Xatırlatmanın texniki səbəbdən çatmaması müştərinin filtrləri vaxtında dəyişdirmək öhdəliyini aradan qaldırmır.
9. Yalnız Filterim.az servisi
Zəmanətin qüvvədə qalması üçün quraşdırma, filtr dəyişimi, sökülmə, yerdəyişmə, təmir və cihaz daxilinə hər cür müdaxilə yalnız Filterim.az əməkdaşları tərəfindən aparılmalıdır. Kənar usta, servis və ya müştəri tərəfindən cihazın açılması, hissələrin dəyişdirilməsi və ya konstruksiyaya müdaxilə edilməsi zəmanəti ləğv edir. Bu halda zəmanət, pulsuz ehtiyat hissəsi əvəzlənməsi və əlaqəli servis üstünlükləri dayandırıla bilər.
10. Müştərinin nəzarət öhdəliyi
Cihazın, boruların, birləşmələrin, kranın və su xəttinin gündəlik görünən vəziyyətinə nəzarət müştərinin öhdəliyindədir. Sızma, qeyri-adi səs, təzyiq dəyişikliyi və ya nasazlıq əlaməti olduqda cihazın su girişi dərhal bağlanmalı, elektrikli model şəbəkədən ayrılmalı və Filterim.az-a məlumat verilməlidir.
11. Evdən çıxarkən suyun bağlanması
Mənzildən və ya obyektdən uzun müddət çıxarkən cihazın giriş kranının və imkan daxilində əsas su xəttinin bağlanması tələb olunur. Cihazın nəzarətsiz saxlanılması, suyun bağlanmaması, sızma əlamətinə vaxtında reaksiya verilməməsi və ya istifadə qaydalarının pozulması nəticəsində yaranan daşqın, mebel, döşəmə, qonşu əmlakı və digər dolayı zərərlərə görə Filterim.az məsuliyyət daşımır. Qanunla məhdudlaşdırılması mümkün olmayan məsuliyyət halları istisnadır.
12. Zəmanətdən kənar hallar
Mexaniki zərbə, donma, yanğın, daşqın, yüksək və ya qeyri-sabit elektrik gərginliyi, su təzyiqinin texniki normadan kənar olması, çirkli su xəttindən gələn iri hissəciklər, kimyəvi maddələr, təbii fəlakət, yanlış istifadə, kənar müdaxilə və sərf materiallarının vaxtında dəyişdirilməməsindən yaranan nasazlıqlar zəmanətə daxil deyil.
13. Geri qaytarma və dəyişdirmə
İstifadə edilməmiş, quraşdırılmamış, komplektasiyası və qablaşdırması qorunmuş məhsullar qanunvericiliyin tətbiq edilən tələbləri çərçivəsində qiymətləndirilir. Su ilə təmas etmiş, quraşdırılmış və ya istifadə edilmiş filtr elementləri gigiyenik və texniki səbəblərlə geri qəbul edilmir. Zavod qüsuru təsdiqlənərsə hissə və ya məhsul zəmanət qaydasında dəyişdirilir; uyğun həll mümkün olmadıqda geri ödəniş nəzərdən keçirilir.
14. BirKart taksit
Taksit seçimi yalnız Kapital Bankın uyğun BirKart taksit kartı və bankın həmin əməliyyat üçün tətbiq etdiyi şərtlər əsasında mümkündür. Adi kartla ödəniş taksitə bölünməyə bilər. Bankın təsdiqi, limit və kart uyğunluğu müştərinin bankla münasibətinə aiddir.
15. Elektron razılıq
Müştərinin sifariş səhifəsində şərtləri açaraq oxuması, “oxudum və razıyam” xanasını işarələməsi və ödənişə davam etməsi bu sənədlə tanış olduğunu və qəbul etdiyini təsdiqləyir. Sistem razılığın tarix-saatını, sifariş məlumatlarını və şərtlərin versiyasını qeydə alır.
16. Əlaqə
Servis, zəmanət və sifariş üzrə əlaqə: 051 666 65 66.
